A

Sentyabrın 20-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, UNEC-in “Biznes və menecment” fakültəsinin məzunu Əhmədağa İsgəndərovun doğum günü qeyd olunub.

Əgər sağ olsaydı, 36 yaşını tamamlayacaqdı.

Şəhidin doğum günü münasibətilə ailə üzvləri, rayon icra nümayəndələri, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Səbuhi İmanov, “Biznes və menecment” fakültəsinin müəllimi Ayaz Tağıyev və fəal tələbələr onun məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarının önünə gül dəstələri qoyulub.

TOP XƏBƏRLƏR