A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Teymur Məcidzadənin doğum günü münasibətilə UNEC kollekitivi şəhidin məzarını ziyarət edib.

Anım mərasimində UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov, dekan müavini Müşrəvan Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, sədr müavini Günay Ağazadə və fakültənin tələbələri Teymur Məcidzadənin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə",   "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR