Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə “Qoşa Saat” layihəsi çərçivəsində “Yaşıl maliyyə və ESİ amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşün əsas məqsədi tələbələrin yaşıl maliyyə sahəsində nəzəri biliklərini genişləndirmək, həmçinin real sektorun təcrübəsindən yararlanmaq bacarıqlarını inkişaf etdirmək olub.
Çıxış edən mütəxəssislər yaşıl maliyyənin davamlı iqtisadi inkişafın təmin edilməsindəki əhəmiyyətini vurğulayıb, bank sektorunda bu istiqamətdə həyata keçirilən təşəbbüslər, beynəlxalq təcrübələr və gələcək inkişaf tendensiyaları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçılar mövzu ilə bağlı suallar səsləndirib, fikir və təəssüratlarını bölüşüblər. Həmçinin yaşıl maliyyə sahəsində gələcək karyera imkanları barədə maraqlı müzakirələr aparılıb və fərqlənən tələbələrə hədiyyələr təqdim olunub.