A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə tədbir təşkil edilib.

Tədbiri fakültənin dekan müavini Ramal Cabbarov açaraq, iştirakçılara tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O, “Konstitusiya və Suverenlik İli”nin ölkəmizin dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Sonra UNEC-in “Humanitar fənlər” kafedrasının müəllimi Zəkiyyə Musayeva çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti, dövlət idarəçiliyindəki rolu, insan hüquq və azadlıqlarının təminindəki əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR