Oktyabrın 14-ü II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin şəhid məzunu Əbil Cəbizadənin anım günü qeyd edilib.
Şəhidimizin anım günü ilə əlaqədar keçirilən tədbirdə onun ailə üzvləri, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, THİK sədri İlkan Əliyev, fakültənin THİK sədri Nazilə Əlizadə və tələbələr iştirak ediblər. Onlar şəhidimizin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Allah rəhmət eləsin!