A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün “HRENGINEERING” MMC və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera məsləhəti” adlı interaktiv seminar keçirilib.

Seminarda “HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə şirkətin fəaliyyəti, təlim istiqamətləri və missiyası barədə məlumat verib. O, iştirakçılara karyera inkişafı, şəxsi brendin formalaşdırılması və effektiv özünüifadə bacarıqları ilə bağlı praktiki tövsiyələr təqdim edib.

Dəvət olunmuş təlimçi Fəridə Əsgərova isə tələbələrə CV və motivasiya məktubunun hazırlanması, müsahibəyə düzgün yanaşma, bədən dili və effektiv kommunikasiya mövzularında faydalı biliklər ötürüb.

Seminar çərçivəsində tələbələr qruplar üzrə şəxsi SWOT analizi apararaq öyrəndiklərini praktik şəkildə tətbiq ediblər. Tədbirin sonunda qalib qrupun nümayəndələrinə şirkət tərəfindən sertifikatlar təqdim olunub, ən aktiv iştirakçılar isə xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

TOP XƏBƏRLƏR