A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzi tərəfindən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün “Sağlam gələcək naminə erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Mursəlova çıxış edərək erkən və qohum nikahlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, nikah yaşı ilə bağlı qanunvericilik tələbləri, eləcə də erkən nikahların doğura biləcəyi sosial, fiziki və psixoloji fəsadlar barədə ətraflı məlumat verib.

Psixoloq qeyd edib ki, erkən nikahlar məişət zorakılığı hallarının artmasına, ana və uşaq ölümlərinə, həmçinin psixoloji travmalara səbəb olur. O, həmçinin qohum nikahlarının genetik və sosial fəsadları barədə də danışıb.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR