UNEC-in Psixoloji Xidmət Mərkəzi tərəfindən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda təlim təşkil edilib.
Təlimdə Mərkəzin psixoloqu Mərziyə Mursəlova tələbələrə imtahan dövründə yaranan həyəcanın səbəbləri, stress yaradan amillər və bu vəziyyətdən çıxış yolları barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında qısa müzakirə aparılıb.