A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsi və Karyera Mərkəzinin təşkilatçılığı, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin iştirakı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.

Görüş zamanı informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə Agentliyin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib. Tələbələr həmçinin bu sahədə mövcud olan karyera imkanları ilə tanış edilib, işə qəbul müsahibələrinin əsas prinsipləri və yay təcrübə proqramları barədə praktik bilgilər əldə ediblər.

Tədbirdə İKT Agentliyinin nümayəndələri Şahmar Bayramlı və Solmaz Məmmədova Agentliyin fəaliyyəti, icra olunan layihələr, işə qəbul prosesi və təcrübə proqramları barədə təqdimatla çıxış ediblər.  Həmçinin Ş. Bayramlı “E-şikayət” sistemi ilə bağlı təqdimatla çıxış edərək sistemin iş prinsipləri və istifadəsinin üstünlükləri barədə iştirakçılara məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay