A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə I kurs tələbələri üçün “İmtahan həyəcanı və stressin idarə edilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə fakültənin dekan müavini Sevinc Abdullayeva çıxış edərək imtahana hazırlıq və imtahan zamanı yaşanan gərginlik, narahatlıq və qorxu kimi hisslərin tələbələrin nəticələrinə təsirsiz ötüşmədiyini bildirib. O, bu emosiyaların tamamilə aradan qaldırılmasının çətin olduğunu, lakin düzgün yanaşma ilə idarə olunmasının mümkünlüyünü vurğulayıb.

UNEC-in Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Mürsəlova təlim iştirakçılarına imtahan stressi, həyəcanın yaranma səbəbləri, əlamətləri və stress yaradan amillər haqqında ətraflı məlumat verib. O, həmçinin bu vəziyyətdən çıxış yollarını izah edərək tələbələrlə mövzuya dair test işi aparıb.

Psixoloq stressin idarə olunması üsulları kimi planlı hazırlıq, pozitiv düşüncə, sağlam həyat tərzi, nəfəs məşqləri, fiziki hərəkətlər və meditasiya kimi rahatlama texnikalarından danışıb, imtahan günü üçün faydalı tövsiyələri tələbələrlə bölüşüb.

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay