A

UNEC-in Mühəndislik fakültəsi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah və ailə planlaşdırılması” adlı maarifləndirici tədbir təşkil edilib.

Tədbirin əvvəlində fakültənin dekan müavini Sevinc Abdullayeva mövzunun aktuallığından bəhs edərək qeyd edib ki, erkən nikah fərdin psixi, mənəvi və bioloji inkişafına mənfi təsir göstərir, təhsildən yayındırır və sosiallaşmasına mane olur. O, bu mövzuda tələbələrin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva erkən nikah anlayışı, onun yaranma səbəbləri, törətdiyi sosial və psixoloji fəsadlar, ailə ənənələrinin möhkəmləndirilməsi, eləcə də aparılmış tədqiqatların nəticələri barədə təqdimatla çıxış edib. Psixoloq vurğulayıb ki, erkən nikahlar fərdlərə, onların övladlarına və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar daha çox ana və uşaq ölümü, təhsildən və inkişaf imkanlarından məhrum qalma, sosial və iqtisadi çətinliklər, həmçinin yoxsulluq riski ilə üzləşirlər.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay