A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşəbbüsü ilə BP Azərbaycan şirkətinin təcrübə proqramının təqdimatı həyata keçirilib.

Təqdimatın əsas məqsədi tələbələrə BP-nin erkən karyera və təcrübə proqramları haqqında məlumat vermək, gəncləri gələcək peşəkar fəaliyyətlərinə hazırlamaq və onların real iş mühitində təcrübə qazanmaq imkanlarını artırmaq olub.

Tədbirdə BP Azərbaycan şirkətinin nümayəndələri Mehriban Şıxzamanova və Müzəffər Abbasov şirkətin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr, təşkilati dəyərləri, enerji sektorundakı fəaliyyət istiqamətləri və insan resursları siyasəti barədə geniş məlumat veriblər. Qeyd edilib ki, BP-nin təcrübə proqramı tələbələrə yalnız nəzəri biliklərini tətbiq etmək deyil, həm də komanda işi, liderlik, analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Tədbir zamanı iştirakçılara müraciət prosesi, seçim mərhələləri, proqramın müddəti və istiqamətləri barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, BP-nin təcrübə proqramı mühəndislik, iqtisadiyyat, maliyyə, kommunikasiya və digər sahələri əhatə edir.

Sonda tələbələrin sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay