Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə “İmtahanda uğurun formulu” adlı seminar keçirilib.
Tədbirdə Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Mursəlova və Küşvər Abdullayeva çıxış edərək imtahan dövründə yaranan stressin idarə olunması, diqqət və motivasiyanın balansda saxlanılması, zehni sakitliyin qorunması barədə geniş məlumat veriblər.
Seminar zamanı psixoloqlar tələbələrə imtahan öncəsi və imtahan zamanı stresslə mübarizə aparmaq üçün praktik tövsiyələr təqdim edib, effektiv psixoloji üsullar barədə danışıblar.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.