8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC-in 2014-cü il məzunu Mürsəl Kazımlının məzarını ziyarət ediblər.
Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, Mürsəl Kazımlı düşmənin atdığı minadan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Mürsəl Kazımlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!