UNEC-in Mühəndislik fakültəsində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva qeyd edib ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, hüquqi və mənəvi bünövrəsini müəyyən edən əsas qanundur. Sevinc Abdullayeva əlavə edib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub və bu, dövlətimizin əsas dəyərlərinə verilən yüksək önəmin bariz nümunəsidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.