A

Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Teymur Məcidzadə və Qiyabi və Əlavə Təhsil Mərkəzinin məzunu Əsəd Əsədlinin xatirəsi anılıb.

Şəhid məzunların şəhadətindən beş il ötməsi münasibətilə noyabrın 9-da onların ailə üzvləri, UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov, dekan müavini Rahim Mürsəlov, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri Günay Ağazadə və Həsən Həşimov, həmçinin fəal THİK üzvləri II Fəxri Xiyabanda şəhidlərin məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad olunub.

UNEC kollektivi Vətən uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin xatirəsini dərin hörmət və minnətdarlıqla anır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay