A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Mürsəlova çıxış edərək qeyd edib ki, uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual və mühüm mövzulardan biridir. O, bildirib ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və sağlam inkişafı üçün əsas şərtlərdəndir.

Psixoloq vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində ən mühüm beynəlxalq sənədlərdən biri 1989-cu ildə qəbul edilmiş BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyasıdır. Həmin sənəddə uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində, qayğı, sevgi və anlayış şəraitində böyüməsinin vacibliyi xüsusi qeyd olunur. Konvensiyaya əsasən, uşaqlarla bağlı bütün qərar və tədbirlərdə əsas diqqət onların mənafelərinin qorunmasına yönəldilməlidir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə müzakirələr aparıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay