A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Xalq Bank tərəfindən “Qiymətli Kağızlar Bazarının iqtisadiyyatda rolu” mövzusunda təlim keçirilib.

Təlim Xalq Bankının Xəzinədarlıq İdarəsinin rəisi Fərəc Axundov tərəfindən aparılıb. O, UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin tələbələrinə kapital bazarlarının ölkə iqtisadiyyatındakı funksiyaları, əsas bazar mexanizmləri və qiymətli kağızların iqtisadi proseslərdə rolu barədə ətraflı məlumat verib.

Fərəc Axundov çıxışı zamanı qiymətli kağızların funksional növləri, onların iqtisadi dövriyyədə əhəmiyyəti, həmçinin dövlət və korporativ istiqrazlar, səhm bazarı, repo əməliyyatları kimi alət və mexanizmlərin iş prinsipləri barədə geniş izah təqdim edib.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb, qiymətli kağızlar bazarında peşəkar karyera imkanları müzakirə edilib. Tədbir tələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onların maliyyə sektorundakı müasir trendlər və real bazar mexanizmləri ilə daha yaxından tanış olmalarına şərait yaradıb.

TOP XƏBƏRLƏR