A

ASAN könüllüləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün könüllülük imkanlarına dair info-sessiya keçirib.

Tədbirin məqsədi gəncləri ASAN könüllülük proqramının mahiyyəti, iştirak imkanları və təklif etdiyi inkişaf perspektivləri barədə məlumatlandırmaq olub.

Görüş zamanı tələbələrə proqramın mərhələləri, seçim prosesi, təlim və mentorluq mexanizmləri, həmçinin şəxsi və peşəkar inkişaf baxımından təqdim etdiyi üstünlüklər ətraflı izah edilib. Tədbir iştirakçıları ASAN könüllülərinin fəaliyyət istiqamətləri, sosial məsuliyyət layihələrində iştirak qaydaları, real xidmət mühitində təcrübə toplamaq imkanı və proqramın gələcək karyera üçün yaratdığı əlavə üstünlüklərlə tanış olublar.

Sessiyanın növbəti hissəsində ASAN könüllüləri tərəfindən həyata keçirilən “Yaşıl ASAN” ekoloji təşəbbüsü və “Əsgərə Məktub” sosial proqramı barədə geniş təqdimat edilib. Tələbələr layihələrin məqsədləri, fəaliyyəti və nəticələri haqqında məlumat alıb, həmçinin suallarını ünvanlayaraq könüllülük prosesinə dair praktiki nüanslar barədə aydınlıq əldə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay