A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Malayziyaya işgüzar səfəri çərçivəsində ölkənin ən qabaqcıl və nüfuzlu özəl ali təhsil müəssisələrindən biri olan Taylor’s Universitetini ziyarət edib.

Görüşdə UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, i.f.d. Hüseyn Həsənov, Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev və Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli iştirak ediblər.

Taylor’s Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Anthony Ho Siong Hock UNEC nümayəndələrini qarşılayaraq universitetin UNEC ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş çərçivəsində Marketing departamentinin rəhbəri Jovina Tan Taylor’s Universitetinin tədris mühiti, müasir infrastrukturu, tələbələr üçün geniş sosial imkanları və qlobal təhsil yanaşmaları barədə təqdimatla çıxış edib.

Tədbirdə həmçinin Sosial Elmlər fakültəsinin dekanı, prof. Neethiahnanthan Ari Ragavan universitetin elmi-tədqiqat potensialı, sosial elmlər sahəsində beynəlxalq layihələri və innovativ tədris metodları haqqında məlumat verərək UNEC ilə tədqiqat sahəsində əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağını vurğulayıb.

UNEC-in prorektoru i.f.d. Hüseyn Həsənov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq təşəbbüslərdə fəal iştirakı və tərəfdaşlıq imkanları barədə məlumat verib. O, Taylor’s Universiteti ilə mümkün əməkdaşlığın tələbələr üçün yeni akademik seçimlər, ortaq proqramlar və mübadilə imkanları yaradacağını qeyd edib.

Görüşdən sonra UNEC nümayəndələri Taylor’s Universitetinin sosial və texniki infrastrukturu ilə yaxından tanış olublar. Sonda tərəflər potensial əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

TOP XƏBƏRLƏR