A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Turan Əhmədov tərəfindən “Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması” mövzusunda seminar keçirilib.

Seminar zamanı Turan Əhmədov ölkədə biznes mühitinin hazırkı vəziyyəti, sahibkarlığın inkişafına təsir edən institusional və iqtisadi amillər, eləcə də dövlət tərəfindən yaradılan yeni imkanlar barədə geniş məlumat təqdim edib. Bildirilib ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar biznes sektorunun dinamik inkişafına mühüm töhfə verir.

Tədbirin əsas müzakirə mövzularından biri ali təhsil müəssisələri ilə biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi olub. Bu çərçivədə universitet–sənaye əlaqələrinin gücləndirilməsi, tələbələrin real biznes mühitinə inteqrasiyası, startap təşəbbüslərinin dəstəklənməsi və birgə tədqiqat layihələrinin icrası kimi məsələlər diqqətə çatdırılıb. Qeyd edilib ki, bu əməkdaşlıq həm kadr hazırlığının keyfiyyətini yüksəldir, həm də bizneslərin innovativ həllərə çıxış imkanlarını artırır.

Seminar fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR