A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində ABB tərəfindən təşkil olunan “Data Analitikası və Süni İntellekt” sertifikasiya proqramı uğurla davam edir.

Proqramın əsas məqsədi tələbələri müasir rəqəmsal bacarıqlarla təmin etmək, analitik düşüncə qabiliyyətini inkişaf etdirmək və əmək bazarının tələblərinə uyğun praktiki biliklər verməkdir. Həmçinin, bu proqram tələbələr üçün istehsalat təcrübəsi hesab olunur və onlar universitet divarları içərisində olarkən peşəkar karyeralarının ilk addımlarını atmaq imkanı əldə edirlər.

Təlim prosesi çərçivəsində buraxılış kurs tələbələri data emalı, vizuallaşdırma, maşın öyrənməsi, süni intellekt modellərinin qurulması, həmçinin Python və SQL üzrə praktiki məşğələlərdən keçir. Dərslər nəzəri biliklərlə yanaşı, real data üzərində praktiki çalışmalar da təqdim edir, bu da tələbələrin həm bilik, həm də bacarıqlarını inkişaf etdirir.

TOP XƏBƏRLƏR