Oktyabrın 28-də UNEC-in Mühəndislik fakültəsinin kollektivi Vətən müharibəsində şəhid olmuş məzun Nofəl Quliyevin məzarını ziyarət edib.
Şəhidin anım günündə fakültə nəzdində fəaliyyət göstərən “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Mövlud Hüseynov, Gülnarə Məmmədova və baş müəllimi Vüsalə Musayeva Gədəbəy rayonunun Qoşabulaq kəndində Nofəl Quliyevin ailəsi ilə görüşüblər. Sonra isə ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət ediblər.
UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüb.
Allah rəhmət eləsin!