A

UNEC Xarici Dillər Departamentinin nəzdində fəaliyyət göstərən Xarici Dillərin Tədrisi Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Süni intellektin xarici dilin tədrisində rolu” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi süni intellekt texnologiyalarının dil tədrisi prosesinə inteqrasiyası, onun yaratdığı imkanlar və müasir təhsildə rolu barədə müəllim və tədqiqatçıları məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə açan Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova süni intellektin dilin tədrisində mühüm rolundan, müəllim və tələbələr üçün yaratdığı yeni imkanlardan, fərdi öyrənməni dəstəkləməsindən və tədrisin keyfiyyətinə müsbət təsirindən bəhs edib. O, süni intellektin tədris prosesində məqsədyönlü və balanslı istifadəsinin vacibliyini xüsusi vurğulayıb.
Daha sonra Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri Aynur Mirzəyeva universitetdə xarici dil tədrisini daha müasir, çevik və motivasiyaedici mərhələyə daşımaq üçün kifayət qədər potensialının olduğunu deyib.

Elm və Təhsil Nazirliyində layihə rəhbəri Natavan Bədəlovaya çıxışında tədris prosesində süni intellektin tətbiqi, rəqəmsal transformasiya və “Rəqəmsal məktəb” platformasında mövcud olan rəqəmsal köməkçi haqqında ətraflı məlumat verib.

Seminarın növbəti hissəsində yaradıcı müəllim müsabiqəsinin qalibi İlahə Quliyeva dərslərində istifadə etdiyi AI proqram və platformalarından nümunələr təqdim edərək onların praktik üstünlüklərini nümayiş etdirib.
Tədbir çərçivəsində Xarici Dillərin Tədrisi Mərkəzinin baş müəllimi Rəna Qurbanova və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova süni intellektin yaratdığı imkanlar, üstünlüklər və perspektivlər barədə geniş çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.

Seminar interaktiv sual-cavab və fikir mübadiləsi ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay