×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Ali təhsil sahəsində mövcud normativ-hüquqi bazanın təhlili və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti Sahib Məmmədov çıxış edərək ali təhsil sahəsində normativ-hüquqi bazanın yenilənməsi və müasirləşdirilməsi istiqamətində görülməli vacib addımlardan danışıb. Dosent qeyd edib ki, təkliflərin hazırlanması prosesi təhsil müəssisələrindən məlumatların toplanması, onların ümumiləşdirilməsi, təhlili və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasını tələb edir.

Bildirib ki, hazırkı normativ-hüquqi baza geniş olsa da, beynəlxalq inteqrasiya, əmək bazarının tələbləri, rəqəmsallaşma, universitetlərin muxtariyyəti və keyfiyyət təminatı sahələrində daha çevik və kompleks tənzimləmələrə ehtiyac duyulur. Təklif olunan dəyişikliklər ali təhsil sisteminin rəqabət qabiliyyətini artırmağa, əmək bazarına uyğun kadr hazırlığını gücləndirməyə və idarəetmədə şəffaflığı yüksəltməyə xidmət edəcək.

Sonda tələbələrin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay