UNEC-də BMT-nin Dünya Şəhər Forumu - WUF13 çərçivəsində tələbələr üçün yeni dərslərə start verilib.
“WUF13 bilikləri tələbə auditoriyasına” layihəsi çərçivəsində ilk dərs Rəqəmsal İqtisadiyyat Fakültəsinin “Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika” kafedrasının baş müəllimi Rəna Hüseynova tərəfindən təqdim olunub.
Təqdimat zamanı forumun məqsədləri, şəhərsalma və davamlı inkişaf istiqamətləri, həmçinin Bakının tədbirə ev sahibliyi mövzusu izah edilib. Tələbələr yaşıl şəhərlər, ağıllı texnologiyalar, iqlim adaptasiyası, inklüziv urbanizasiya və davamlı infrastruktur mövzularında məlumat alıblar. Rəna Hüseynova vurğulayıb ki, gələcəyin şəhərlərinin formalaşdırılmasında gənc nəslin rolu həlledicidir.
Dərsin sonunda tələbələrin sualları ətraflı cavablandırılıb.