UNEC-də BMT-nin Dünya Şəhər Forumu – WUF13 çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş silsilə dərslər davam etdirilir.
Dərslər seriyasının məqsədi tələbələrin qlobal urbanizasiya prosesləri, davamlı şəhər inkişafı və müasir şəhərsalma prinsipləri barədə biliklərini genişləndirməkdir.
Layihə çərçivəsində növbəti dərs UNEC Türk Dünyası İqtisad Fakültəsinin müəllimləri Rəşid Sadıqov, Ləman Quliyeva, Xəyalə Ələsgərova və Qurban Qurbanovun təqdimatında keçirilib.
Tədris zamanı Dünya Şəhər Forumunun məqsədləri, şəhərsalma və davamlı inkişaf sahəsində əsas prioritetlər, eləcə də Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti tələbələrə geniş şəkildə təqdim olunub. Tələbələrə həmçinin WUF13-də gündəmə gətirilən yaşıl şəhər modeli, rəqəmsal və ağıllı texnologiyalar, iqlim dəyişikliklərinə uyğunlaşma, inklüziv urbanizasiya və davamlı infrastrukturun qurulması kimi əsas istiqamətlər izah edilib.
İnteraktiv müzakirə şəraitində keçirilən dərsdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.