A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Qeyri-formal məşğulluğun aradan qaldırılması” mövzusunda infosessiya keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Təhlil və Strateji Planlaşdırma Departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov çıxış edərək tələbələrə qeyri-formal məşğulluq anlayışı, onun yaranma səbəbləri, qarşısının alınması istiqamətində görülən tədbirlər və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verib. O, eyni zamanda qeyri-formal məşğulluğun yaratdığı fəsadlar haqqında cəmiyyətin məlumatlılığının artırılmasının və bu istiqamətdə birgə mübarizənin vacibliyini vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR