Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri və qulluğa qəbul qaydaları” mövzusunda tələbələr üçün maarifləndirici seminar keçirilib.
Seminarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları Elşad Əliyev və Həsənağa Hüseynov çıxış edərək dövlət qulluğu sahəsində mövcud imkanlar barədə ətraflı məlumat veriblər.
Çıxışlar zamanı tələbələrə dövlət qulluğu ilə bağlı əsas anlayışlar, dövlət qulluğunun prinsipləri, növləri və təsnifatı, dövlət qulluqçusunun məsuliyyəti, hüquq və vəzifələri, həmçinin dövlət qulluğuna qəbul qaydaları və bu sahədə mövcud imkanlar izah olunub.