A

UNEC-in Mühəndislik fakültəsində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekan müavini Sevinc Abdullayeva 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, bu faciə təkcə böyük insan itkisi deyil, eyni zamanda xalqımızın milli azadlıq iradəsinin sarsılmazlığının bariz nümunəsidir. Qeyd olunub ki, həmin gecə Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə qalxdığını bütün dünyaya nümayiş etdirib.

Dekan müavini vurğulayıb ki, 20 Yanvar faciəsi milli oyanışın və müstəqillik ideyasının daha da güclənməsinə təkan verib və 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasına aparan yolun əsas mərhələlərindən birinə çevrilib. O, şəhidlərin əziz xatirəsinin hər zaman dərin ehtiramla anıldığını bildirib və gənc nəslin bu tarixi unutmamasının, şəhidlərin amalına sadiq qalmasının vacibliyini diqqətə çatdırıb.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay