UNEC-də Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində təhsil alan əcnəbi tələbələr üçün Pasha Sığorta şirkətinin nümayəndələrinin iştirakı ilə onlayn məlumatlandırıcı görüş keçirilib.
Görüşdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin mütəxəssisi Xanım Ağadadaşova iştirak edib.
Pasha Sığorta şirkətini təmsil edən Kəmalə Nəsirova və Elvira Paşayeva tərəfindən tələbələrə sığorta paketlərinin əhatə dairəsi, tibbi xidmətlərdən istifadə qaydaları, eləcə də sığorta ilə bağlı aktual məsələlər barədə ətraflı məlumat verilib.
Onlayn formatda təşkil olunan görüş interaktiv şəkildə keçib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbirin əsas məqsədi Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə təhsil alan əcnəbi tələbələrin sığorta mexanizmləri barədə məlumatlılığının artırılması və tibbi xidmətlərdən düzgün istifadə imkanlarının izah edilməsidir.