A

UNEC Dizayn məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan seminar keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminarı giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru, dosent Lalə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri tərəfindən xalqımızın iradəsini sındırmaq məqsədilə törədilən qanlı terror aktı barədə ətraflı məlumat verib.

“Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova çıxışında qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın tarixinə yalnız faciə günü kimi deyil, eyni zamanda xalqımızın sarsılmaz iradəsinin, azadlıq və müstəqillik uğrunda mübarizə əzminin rəmzi kimi həkk olunub.

Daha sonra kafedranın müəllimi Nərminə Namazova təqdimatla çıxış edərək vurğulayıb ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın milli ruhunu və azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay