Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillər Departamentinin nəzdində fəaliyyət göstərən “Xarici dillərin tədrisi mərkəzi” və Tərcümə mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova açaraq 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. O, bu faciənin yalnız matəm günü deyil, həm də xalqın sarsılmaz iradəsinin və azadlıq əzminin təcəssümü olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Tərcümə mərkəzinin direktoru, dosent Nəcəf Nəbiyev, Xarici dillərin tədrisi mərkəzinin müdiri, baş müəllim Aynur Şirinova və Tərcümə mərkəzinin direktor müavini Sevinc Hüseynova 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, hadisələrin beynəlxalq müstəvidə düzgün təqdim olunmasının əhəmiyyəti, eləcə də bu prosesdə dil və tərcümənin rolu barədə fikirlərini bölüşüblər.
Dəyirmi masada, həmçinin tərcüməçilər Könül İsmayılova, Nərgiz Qafarova, Aidə Hüseynova, Çimnaz Talıbova, eləcə də Xarici Dillərin Tədrisi Mərkəzinin əməkdaşları Zemfira Niftəliyeva, Rübabə Musayeva, Məlahət Süleymanova, Pərvanə Abbasova, Sevinc Quliyeva və Yeganə Ələsgərova çıxış edərək 20 Yanvar hadisələrinin milli yaddaşda yaşadılmasının vacibliyini qeyd ediblər.
Tədbir 20 Yanvar faciəsindən çıxarılan tarixi dərslərin vurğulanması ilə başa çatıb.