A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbir mərkəzin müəllimi Şəbnəm Həsənova tərəfindən SABAH qruplarının tələbələri üçün təşkil olunub.

Tədbirdə çıxış edən Şəbnəm Həsənova 20-ci əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının tarixi faktları barədə geniş məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının hərbi dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc sakinlərə qarşı görünməmiş qəddarlıq törədiblər.

Tədbir çərçivəsində tələbələr Xocalı faciəsi ilə bağlı təqdimatlarla çıxış edib, videoçarx nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb. Çıxışlarda Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğu vurğulanıb, faciənin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi qeyd edilib.

Sonda tələbələrə tarixi həqiqətlərin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının önəmi bir daha xatırladılıb.

TOP XƏBƏRLƏR