A

UNEC Diplomatiya Təşkilatı və Strateji Düşüncə Tələbə Təşkilatının birgə təşkilatçılığı ilə "3rd UNEC Diplomacy MUN" simulyasiya konfransı uğurla baş tutub.

Tədbir çərçivəsində tələbələr beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik mövzularında müxtəlif ölkələrin nümayəndələri qismində çıxış edərək diplomatik müzakirələr aparıblar. İki gün davam edən konfrans gənclərin analitik təhlil, kütləvi çıxış, debat və rəsmi qətnamələrin tərtib edilməsi bacarıqlarının inkişafına mühüm töhfə verib.

Nümayəndələr diplomatik etiket qaydalarına uyğun şəkildə çıxış edib, öz ölkələrinin mövqelərini əsaslandırıb, qarşılıqlı debatlar və danışıqlar vasitəsilə ortaq həll yollarının tapılmasına çalışıblar.

İntensiv müzakirələr və çoxtərəfli danışıqlar nəticəsində yekun qətnamə layihəsi hazırlanaraq səsvermə yolu ilə qəbul edilib.

Tədbir iştirakçılara qlobal problemlərə daha geniş prizmadan yanaşmaq, diplomatik ünsiyyət bacarıqlarını təkmilləşdirmək və beynəlxalq mühitdə qərarvermə proseslərini yaxından təcrübədən keçirmək imkanı yaradıb.

TOP XƏBƏRLƏR