UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Xocalı faciəsinə həsr olunmuş “Tarixin Böyük Sınağı” adlı intellektual yarış təşkil olunub.
Yarışın məqsədi tələbələr arasında tarixi bilikləri artırmaq, analitik düşüncə qabiliyyətlərini inkişaf etdirmək və gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirmək olub.
Ümumilikdə 19 tələbə, 5 komanda iştirak etdiyi yarışmada iştirakçılar müxtəlif mövzular üzrə suallara cavab verərək biliklərini nümayiş etdiriblər.
Gərgin və həyəcanlı keçən yarışmanın sonunda “Evrika” komandası qalib gəlib. Qalib komandaya sertifikat və hədiyyə təqdim edilib.