A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva tədbirin açılışında çıxış edərək, Azərbaycan xalqına qarşı törəldilmiş Xocalı soyqırımını bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olduğunu qeyd edib. Bu soyqırımın, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov çıxış edərək, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımdan, eyni zamanda ermənilər tərəfindən müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan danışıb. Həmçinin Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR