UNEC Rus İqtisad Məktəbinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
RİM-in direktor müavini, tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğu qeyd edib, bu hadisələrin unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu bildirilib. Eyni zamanda, gənclərin milli yaddaşının formalaşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət
Sonda Xocalının tarixi və həqiqətlərinə həsr edilmiş sənədli film nümayiş olunub.