A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Məktəbində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində çıxış edən Milli Məclisin deputatı Aqil Abbas və Magistratura Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə İsayeva 1992-ci ilin 26 fevralında baş vermiş dəhşətli hadisələrin tarixi xronologiyasına toxunublar.

Çıxışlarda Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır və qanlı səhifələrindən biri olduğu vurğulanıb. Dinc əhaliyə, o cümlədən qocalara, qadın və uşaqlara qarşı törədilmiş bu qətliamın beynəlxalq hüquq müstəvisində soyqırımı aktı olduğu xüsusi olaraq qeyd edilib.

Həmçinin gənc nəslin milli yaddaş ruhunda yetişdirilməsinin, tariximizin həm şanlı, həm də ağrılı səhifələrini unutmamağın vacibliyi diqqətə çatdırılıb. 

TOP XƏBƏRLƏR