A

UNEC məzunu 44 günlük Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının doğum günü münasibətilə UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev və fəal tələbələr şəhidin məzarını ziyarət ediblər.

Şəhidimizin 30 illik yubileyi münasibətilə əvvəlcə məzarı ziyarət olunub, ruhuna dualar oxunub və əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra kollektiv üzvləri şəhidin ailəsini ziyarət edərək onlara mənəvi dəstək göstəriblər.

Tədbir zamanı fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaətin hər zaman gənc nəsil üçün örnək olduğunu bildirib. O, Məzdək Eyvazlının əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.

TOP XƏBƏRLƏR