Fevralın 26-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Əbil Cəbizadənin doğum günü münasibətilə UNEC kollektivi onun məzarını və ailəsini ziyarət edib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov və fəal tələbələr Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.