A

UNEC Zaqatala filialı Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Xocalı – Unudulmayan faciə” adlı anım tədbiri keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım tədbirində filialın direktoru, i.f.d., dosent Raqif Qasımov çıxış edərək, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı və dəhşətli səhifələrindən biri olduğunu vurğulayıb, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib.
Həmçinin filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova və tarix müəllimi Qüdrət Qırtımov çıxış edərək, Xocalı soyqırımının tarixi həqiqətləri, faciənin ağır nəticələri və xalqımızın yaddaşında buraxdığı dərin izlər barədə ətraflı məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının mənəvi borcudur.

Tədbirin bədii hissəsində tələbələrin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib. 

TOP XƏBƏRLƏR