A

UNEC Biznes Məktəbində (MBA) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Xocalı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım tədbirində “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Əkbər Əliyev “Xocalı – qan yaddaşımız” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı Xocalı faciəsinin başvermə səbəbləri, hadisələrin gedişi, dinc əhaliyə qarşı törədilmiş amansız qətliam və bu hadisənin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlər barədə ətraflı məlumat verib.

O, Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş ağır cinayət və soyqırımı aktı olduğunu vurğulayıb.

Bildirib ki, bu kimi tədbirlərin təşkili gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli yaddaşın qorunub saxlanılmasında mühüm rol oynayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay