UNEC-də “Geoiqtisadi qeyri-sabitlik dövründə qiymətli metallar: risklər, məntiq və qlobal bazarlardakı rolu” mövzusunda seminar keçirilib.
UNEC Karyera Mərkəzinin təşkilatçılığı və Xalq Bank-ın dəstəyi ilə baş tutan seminar Xalq Bankının Maliyyə Bazarları rəhbəri Əli Ələsgərov tərəfindən aparılıb.
Seminar zamanı geoiqtisadi qeyri-sabitlik anlayışı, qlobal siyasi və iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, eləcə də qiymətli metallar bazarında mövcud risklər barədə ətraflı məlumat verilib. Çıxışda qiymət dəyişkənliyi, faiz dərəcələrinin təsiri və qlobal tələb-təklif amilləri geniş şəkildə təhlil olunub.
Tədbirdə Maliyyə və mühasibat fakültəsi, SABAH Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri iştirak ediblər.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, investisiya qərarlarının qəbulunda risklərin düzgün qiymətləndirilməsinin vacibliyi vurğulanıb.