A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Maestro School-un CEO-su Leyla Səfərli tələbələrlə görüş keçirib.

“Təhsildə innovasiya” mövzusuna həsr olunan görüşdə müasir təhsil yanaşmaları, rəqəmsal alətlər, interaktiv öyrənmə metodları və innovativ tədris strategiyaları haqqında müzakirələr aparılıb.

Tədbirin məqsədi tələbələri təhsildə tətbiq olunan yeni yanaşmalar, innovativ metodlar və texnologiyanın yaratdığı imkanlarla tanış etmək olub.

Sessiya zamanı Leyla Səfərli təhsil sahəsində rəqəmsal transformasiyanın əhəmiyyətindən danışaraq, müasir dövrdə texnologiyanın tədris prosesində oynadığı rolu vurğulayıb. O, interaktiv öyrənmə mühitinin yaradılması, tələbələrin daha fəal iştirakını təmin edən metodların tətbiqi və rəqəmsal alətlərin effektiv istifadəsi barədə öz bilik və təcrübələrini tələbələrlə bölüşüb.

Həmçinin innovativ tədris strategiyalarının tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına necə töhfə verdiyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR