A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə SM Business School tərəfindən “Sənin Yolun Hansıdır?” mövzusunda seminar keçirilib.

Seminarın məqsədi tələbələrə müasir əmək bazarında mövcud olan müxtəlif karyera istiqamətlərini tanıtmaq, onların düzgün seçim etmələrinə dəstək olmaq və şəxsi potensiallarını daha obyektiv qiymətləndirmələrinə kömək etmək olub.

Tədbir çərçivəsində iştirakçılara müasir iş dünyasında mövcud olan əsas karyera yolları, korporativ mühitdə inkişaf strategiyaları, sahibkarlıq və startap fəaliyyəti, həmçinin freelancer və remote iş modelləri haqqında geniş məlumat verilib

Bununla yanaşı, biznes və startap fəaliyyəti ilə bağlı geniş yayılmış miflər və real vəziyyətlər təhlil edilərək tələbələrə praktiki nümunələr əsasında izah olunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay