A

UNEC Rus İqtisad Məktəbində (RİM) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Lamiyə Tahirovanın təqdimatında “Süni intellektin ləğv edəcəyi və yaradacağı yeni peşələr” mövzusunda açıq dərs keçirilib.

Tədbirdə çıxış edən Lamiyə Tahirova süni intellektin sürətlə inkişaf edərək əmək bazarına ciddi təsir göstərdiyini bildirib.  Qeyd edib ki, texnoloji tərəqqi tarix boyu cəmiyyətin müəyyən hissəsi tərəfindən ehtiyatla qarşılanıb, lakin bu prosesin qarşısını almaq mümkün olmayıb və bu gün də eyni tendensiya müşahidə olunur.

L.Tahirova çıxışında tələbələri süni intellektin yaratdığı imkanlardan səmərəli istifadə etməyə, daim öz üzərlərində işləməyə və peşəkar inkişaflarını davam etdirməyə çağırıb. O, xüsusilə analitik düşüncə, yaradıcılıq və texnoloji savadlılığın gələcəyin əsas kompetensiyaları arasında yer aldığını diqqətə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay