UNEC Psixoloji Xidmət Mərkəzi və İqtisadiyyat və İdarəetmə fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Psixoloji Sərhədlər” adlı maarifləndirici seminar keçirilib.
UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyyə Mürsəlova geniş təqdimatla çıxış edərək, fərdin mənəvi bütövlüyünün qorunmasında şəxsi hüdudların rolundan bəhs edib.
Seminar zamanı tələbələr, psixoloji sərhədlərin gündəlik həyatdakı vacibliyi haqqında ətraflı məlumat əldə etməklə yanaşı, insan münasibətlərində sağlam ünsiyyət qurmağın və sərhədləri düzgün müəyyənləşdirməyin yollarını öyrəniblər.
Yekunda interaktiv formatda davam edən görüşdə gənclər müxtəlif psixoloji oyunlar və praktiki fəaliyyətlər vasitəsilə nəzəri biliklərini təcrübədən keçirmək imkanı qazanıblar. Seminar tələbələrin marağına səbəb olan müzakirələrlə başa çatıb.