A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və KPMG şirkətinin birgə təşkilatçılığı ilə növbəti “Audit Day” tədbiri keçirilib.

Tədbirin məqsədi iştirakçılara audit şöbəsinin fəaliyyəti barədə geniş məlumat vermək, həmçinin KPMG şirkətində mövcud karyera imkanlarını tələbələrə təqdim etmək olub.

Görüş zamanı KPMG şirkətinin Audit üzrə meneceri Ramin Əmiraslanov, Baş Audit mütəxəssisi Ləman Əlizadə və İnsan resursları üzrə kiçik mütəxəssisi Nilufər Məmmədova şirkətin audit xidmətləri, şöbənin iş prinsipləri, komanda işi və layihə prosesləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, 2026-cı ilin oktyabr ayında başlayacaq vəzifələr üzrə işə qəbul prosesi, seçim mərhələləri və karyera yüksəlişi imkanları haqqında təqdimat edilib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb və şirkət tərəfindən iştirakçılara hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay