UNEC Tələbə Elmi Cəmiyyətinin Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Bərpa olunan enerji sektoruna investisiyaların cəlbi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahəyə investisiya imkanları, maliyyə mexanizmləri və davamlı iqtisadi artım baxımından əhəmiyyəti müzakirə olunub. Tələbələr mövzu ətrafında çıxışlar edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələri müasir dövrdə enerji təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması baxımından prioritet istiqamətlərdən hesab olunur.
Çıxışlarda beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu da diqqətə çatdırılıb. Xüsusilə Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi kimi qurumların bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi və texniki dəstək göstərilməsində aktiv iştirak etdiyi vurğulanıb. Bununla yanaşı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) modelinin investisiya axınının artırılmasında effektiv vasitə olduğu qeyd edilib.
Dəyirmi masada fakültənin tələbələri Fatimə Ağayeva, Xanlar İsmayılov və 680-ci Zəhra Mehdiyeva Qabil çıxış edərək hazırladıqları layihələri təqdim edib, təqdimatlardan sonra əsas məqamlar ətrafında müzakirələr aparılıb.